Prezident İlham Əliyev: Zəngəzur dəhlizi yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühü
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin "Fox News" telekanalına müsahibə verib. Telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Far.Az xəbər verir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: "İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq".
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.
Dövlət başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları"nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. "Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik", - Prezident İlham Əliyev əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













