Arıqlama iynələrini qəfil dayandıran iki nəfər psixoz səbəbindən xəstəxanaya yerləşdirilib
Arıqlamaq üçün istifadə olunan GLP-1 qrupuna aid dərmanların qəfil dayandırılması bəzi insanlarda psixiatrik əlamətlərlə əlaqəli ola bilər. Tirzepatid preparatının istifadəsini dayandıran iki kişi psixoz və maniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Far.Az xəbər verir ki, hadisələrlə bağlı araşdırma "The Primary Care Companion for CNS Disorders" tibb jurnalında dərc olunub.
Məlumata görə, ilk hadisə 2025-ci ilin oktyabrında xəstəxanaya müraciət edən 61 yaşlı kişi ilə bağlıdır. O, dərmanı həmin ilin avqustunda ürəkbulanma səbəbindən dayandırıb. Daha sonra onda depressiya, paranoya, qarışıqlıq, eləcə də eşitmə və görmə hallüsinasiyaları yaranıb. Hətta xəstə özünün öldüyünə və bədəninin bəzi hissələrinin fəaliyyət göstərmədiyinə inanıb.
Digər hadisədə isə 52 yaşlı kişi maniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Təxminən altı ay ərzində 45 kiloqram arıqlayan şəxs tirzepatid qəbulunu qəfil dayandırıb. Ondan sonra həddindən artıq və nizamsız danışıq, özünü olduğundan üstün görmə, impulsivlik və əsəbilik müşahidə edilib.
Həkimlər bu halların dərmanın dayandırılması ilə birbaşa əlaqəli olduğunu təsdiqləməyiblər. Bildirilib ki, hər iki şəxsin əvvəllər də psixoloji problemləri olub. İkinci pasiyentdə B12 vitamini çatışmazlığı və kannabis istifadəsinin artması da müəyyən edilib.
Tədqiqat müəllifləri GLP-1 preparatlarının dayandırılmasının bəzi risk qruplarında psixiatrik əlamətlərin yaranmasına təsir göstərə biləcəyini istisna etmirlər. Bununla belə, iki hadisə əsasında səbəb-nəticə əlaqəsi müəyyən etmək mümkün deyil.
Mütəxəssislər bu dərmanların istifadəsində və dayandırılmasında həkim nəzarətinin vacibliyini vurğulayırlar.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
"Eşitməyən qalmasın!" - Avaz Eşitmə və Nitq Mərkəzi bu məqsədlə xidmətinizdədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













