BMTM GLOBSEC 2024-ün institusional tərəfdaşı olub
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Praqada keçirilən GLOBSEC 2024-ün institusional tərəfdaşı olub.
“Far.Az”un məlumatına görə, tədbirdə iştirak edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev forum çərçivəsində baş tutan “Daha yaxın əlaqələr qurulması: Aİ tərəfdaşları ilə ticarət, inkişaf və enerji təhlükəsizliyi əlaqələrinin balanslaşdırılması” mövzusundakı sessiyada çıxışında Ukrayna və Yaxın Şərqdəki böhranlar çərçivəsində beynəlxalq münasibətlərin son dövrlərdə daha kompleks xarakter aldığını qeyd edib.
O bildirib ki, cari geosiyasi vəziyyət Xəzər regionu ölkələrinə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, bəzi hallarda avropalı siyasətçilər Azərbaycan və Xəzər regionu dövlətlərindən sözügedən böhranlara qarşı öz perspektivlərindən yanaşaraq lokal baxış tələb edirlər.
“Lakin məsələlərə realist mövqedən yaxınlaşmaq daha düzgün yanaşma olardı”, - deyə o qeyd edib.
Qeyd edək ki, BMTM və GLOBSEC-in birgə təşkilatçılığı ilə “COP29 və Yaşıl Üfüqlər: İqlim Dəyişikliyinin İdarə edilməsi” mövzusunda birgə panel iclasın təşkil ediləsi nəzərdə tutulub. Azərbaycan Respublikası energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun sentyabrın 1-də paneldə çıxış etməsi gözlənilir.
Xatırladaq ki, GLOBSEC 2024 Avropanın xarici və təhlükəsizlik siyasəti sahəsindəki liderlər, dövlət başçıları, sahibkarlar, həmçinin beynəlxalq təşkilatlar, beyin mərkəzləri və akademik çevrələrin nümayəndələrini bir araya gətirən illik forumdur.
Oxşar xəbərlər
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Fərid Şəfiyev: Azərbaycan-Özbəkistan əməkdaşlığı möhkəm təməllər üzərində inkişaf edir
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
-
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
-
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"













