Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunublar
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.
Far.Az xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan açıq müsabiqənin nəticələrinə əsasən, test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.
Təyinatların bölgüsü aşağıdakı kimidir:
Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;
Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.
Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramları keçiriləcək. Bununla yanaşı, 2025-2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş "İncəsənət Məktəblərinin Elektron Sistemi" (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













