Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir
Far.Az xəbər saytı

Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir


Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır.

"Report" xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.

O deyib ki, yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının həm kişilər, həm də qadınlar arasında keçirilməsi idmançılar üçün bərabər imkanların yaradır:

"Yanğın xilasetmə idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürmə və xilasetmə peşələrinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək. Bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Hər birinizə öz gücünüzə inam, dözümlülük, yüksək mübarizə əzmi və uğurlu nəticələr arzulayıram".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər