S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Far.Az xəbər saytı

S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib


"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Fransanın suveren kredit reytinqi üzrə proqnozu sabitdən mənfi səviyyəyə qədər aşağı salıb.

"Report"un agentliyin saytına istinadən məlumatına görə, uzun və qısamüddətli reytinqlər A+/A-1 səviyyəsində təsdiqlənib.

Qərar dövlət maliyyəsinə artan təzyiqlə bağlıdır: zəif iqtisadi artım və artan faiz xərcləri büdcə kəsirinin azaldılmasını çətinləşdirir.

"Davam edən siyasi qütbləşmə, o cümlədən 2027-ci ilin prezident seçkilərindən sonra kəsiri azaltmaq və böyüməni təşviq edən islahatlar üçün tədbirlərin həyata keçirilməsini dayandırmağa davam edə bilər", - S&P-nin açıqlamasında deyilir.

Oktyabrın sonunda "Fitch" də oxşar qərar qəbul edib: agentlik Fransanın reytinqini A+ səviyyəsində saxlayıb, lakin proqnozu mənfiyə endirib. Bunun səbəbləri kimi iqtisadi artımın yavaşlamasını, borclanma xərclərinin artmasını və artan kəsiri göstərib. "Fitch" həmçinin qeyd edib ki, siyasi parçalanma və çətin sosial mühit dövlət maliyyəsinin bərpasını çətinləşdirir.

"Fitch" Fransanın dövlət borcunun 2028-ci ilə qədər ÜDM-in 124 %-nə çatacağını proqnozlaşdırır. Avqustda agentlik bu rəqəmin 122,7 % olacağını gözləyirdi.

Oxşar xəbərlər

Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
"Fitch": "AFB Bank"ın 25 ən böyük borcalanı kreditlərin 39 %-nə sahibdir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər