Kolleclərə ixtisas seçimi bu gün başa çatır
Far.Az xəbər saytı

Kolleclərə ixtisas seçimi bu gün başa çatır


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün gecə başa çatır.

Bu barədə Far.Az-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas 2 inter­net ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.

Oxşar xəbərlər

DİM: 57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub
Ali məktəblərə ixtisas seçimi başlayıb
DİM kolleclərin boş qalan yerlərinə qəbul elan edib
9 illik bazadan kolleclərdə boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər