Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının (ASİ) İrəvanda keçiriləcək 8-ci iclası ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu İrəvanda qəbul edib.
"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Ermənistan və ATƏT arasında əməkdaşlığın, o cümlədən müxtəlif sahələrdə ölkənin potensialının gücləndirilməsinə yönəlmiş proqramların həyata keçirilməsi vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sinirlioğlu Paşinyanı sammitin keçirilməsi münasibətilə təbrik edib. O, bildirib ki, bu, Ermənistana göstərilən böyük beynəlxalq diqqətdən xəbər verir.
"Ermənistan sabit dövlətdir və bu, Baş nazir Paşinyanın, hökumətin fəaliyyətinin nəticəsidir", - ATƏT-in rəhbəri qeyd edib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onlar xüsusilə regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına yönəlmiş layihələrə toxunublar.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü













