Alimlər Marsla bağlı ilk dəfə bu sirri aça bildi
Çin Elmlər və Texnologiya Universitetinin bir qrup tədqiqatçısı, digər ölkələrdən olan həmkarları ilə birgə apardıqları araşdırmalar nəticəsində Marsın radiusu təqribən 600 km olan bərk daxili nüvəsininmövcudluğunu təsdiqləyiblər.
Far.Az xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, Çin alimləri müəyyən ehtimalla Marsın daxili nüvəsinin yüngül elementlərlə zənginləşdirilmiş kristallik dəmir-nikel ərintisindən ibarət olduğunu müəyyən ediblər.
Qeyd olunur ki, bu kəşf planetar tədqiqatlar sahəsində mühüm irəliləyişdir və yaxın gələcəkdə insanlığa həm Qırmızı Planet, həm də Günəş sistemindəki digər kosmik cisimlər barədə daha çox məlumat əldə etməyə imkan verəcək. Araşdırmanın nəticələri Böyük Britaniyanın "Nature" jurnalında dərc olunub.
Layihə üzərində çalışan qrupun üzvü, professor Sun Daoyuan xatırladıb ki, elmi ictimaiyyət Yer kürəsinin daxili nüvəsinin mövcudluğu barədə nəticəyə hələ 1936-cı ildə gəlib, XX əsrin 80-ci illərində isə onun bərk olduğu sübuta yetirilib.
O bildirib:
"Marsın daxili quruluşunu öyrənmək daha mürəkkəbdir. Marsdakı seysmik hadisələrin birbaşa müşahidə məlumatları ilk dəfə yalnız 2018-ci ildə əldə olunub. O vaxtdan bəri minlərlə seysmik aktivlik qeydə alınıb. Lakin zəif siqnallar və səs-küy maneələri planetin dərin qatlarının öyrənilməsini hələ də ciddi şəkildə çətinləşdirir".
Tədqiqatçılar müəyyən ediblər ki, Marsın daxili nüvəsinin radiusu ilə bütöv planetin radiusu 1:5 nisbətindədir. Bu, təqribən Yerin göstəricilərinə uyğundur.
Dəmir və nikel ilə yanaşı, Marsın daxili nüvəsinin tərkibində 12–16% kükürd, 6,7–9% oksigen və 3,8%-ə qədər karbon ola biləcəyi müəyyən edilib. Alimlərin qənaətinə görə, bu tədqiqatın nəticələri təkcə Marsın deyil, həm də Yerin formalaşma proseslərinin öyrənilməsini sürətləndirəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













