Mariam Kvrivişvili: Orta Dəhlizin uğuru infrastruktur investisiyalarından asılıdır
Far.Az xəbər saytı

Mariam Kvrivişvili: Orta Dəhlizin uğuru infrastruktur investisiyalarından asılıdır


Orta Dəhlizin uğuru infrastruktur investisiyalarından və sərhəd prosedurlarının sadələşdirilməsindən asılıdır.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin Antalya şəhərində keçirilən Qlobal Yaşıl Yük Dəhlizləri Təşəbbüsü (GGFCI) üzrə Nazirlər Şurasının iclasında bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regional tərəfdaşlarla sıx əməkdaşlıq edir.

"Yaşıl keçid həmçinin investisiyalar və iqlim maliyyələşdirilməsi tələb edir. Bu baxımdan beynəlxalq maliyyə institutları, inkişaf tərəfdaşları və özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsini alqışlayırıq", - M. Kvrivişvili qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər