Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verəcək
Far.Az xəbər saytı

Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verəcək


Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa qərarı qəbul edib.

Far.Az xəbər verir ki, qərarın səbəbləri açıqlanmasa da, mətbuatda iyulda keçirilən parlamentin yuxarı palatası seçkilərində hakim koalisiyanın məğlubiyyətinin bu addıma səbəb olduğu göstərilir.

Seçkilər nəticəsində Liberal Demokrat Partiyası (LDP) və tərəfdaşı Komeito hər iki palatada çoxluğu itirib, bu isə hökumətin qanunvericilik imkanlarını məhdudlaşdırıb.

Qeyd edək ki, Şiqeru İşiba ötən ilin oktyabrında baş nazir vəzifəsinə seçilmişdi.

Oxşar xəbərlər

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib
Yaponiyanın sabiq müdafiə naziri LDP liderliyinə namizəd olacaq
Yaponiyanın hakim partiyası 12 ildə ilk dəfə parlamentdəki çoxluğunu itirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər