Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb


Pakistanın şimal-qərbindəki Kohat şəhərində patrul dəstəsinə hücum nəticəsində ən azı 12 polis əməkdaşı yaralanıb.

Bu barədə Far.Az DAWN-a istinadən xəbər verir.

Məlumata görə, hücum cinayətkar ünsürlərin iştirakı ilə qeyri-qanuni faydalı qazıntı hasilatına qarşı mübarizə əməliyyatı zamanı baş verib.

Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində bildirib ki, polis dəstəsi atəşə məruz qalıb, bundan sonra 12 əməkdaş xəstəxanaya çatdırılıb.

Afridi qeyd edib ki, xəsarət alanlar və mümkün həlak olanlar barədə dəqiq məlumat daha sonra təqdim ediləcək.

Öz növbəsində, "Reuters" agentliyi 11 polisin həlak olduğunu bildirib. Lakin Pakistan hökuməti bu məlumatı hələ ki, təsdiqləməyib.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər