Bədəndə dəmir çatışmazlığının İLKİN 8 ƏLAMƏTİ
Dəmir bədənimiz üçün vacib elementlərdən biridir. Dəmir qırmızı qan hüceyrələrimizə oksigeni almağa və onu bədənin bütün hüceyrələrinə paylamağa imkan verən hemoglobinin bir hissəsidir. Bu oksigen bədən funksiyaları üçün lazımdır. Hazırda bir çox insan dəmir azlığından əziyyət çəkir. Bu onların bədənində özünü müxtəlif cür büruzə verir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, dəmir çatışmazlığının 8 əsas əlamətini təqdim edir:
Buz və ya təbaşir yemək istəyi:
Bu hal qəribə gələ bilər, amma bu həmin adamın bədənində dəmir çatışmazlığını göstərən ilkin əlamətdir.
Soyuq əl və ayaqlar:
Bu birbaşa dəmir əskikliyinə aiddir və isti havalarda belə əl-ayaqlarınız buz kimi ola bilər.
Tez-tez başağrısı və baş fırlanması:
Beyinə daha az oksigen getməsi xüsusilə ayağa qalxanda baş ağrılarını və baş fırlanmasını artıra bilər.
Özünü həmişə yorğun hiss etmək:
Kifayət qədər yatmağınıza baxmayaraq özünüzü hələ də yorğun hiss edirsinizsə, mütləq bədəndə dəmiri yoxlatmalısınız.
Dırnaqların qırılması:
Dırnaqlarınız tez-tez qırılırsa və qaşıq formasındadırsa, o zaman bədəninizin dəmirə ehtiyacı var.
Saç tökülməsi:
Əgər saçlarınız həddindən artıq tökülürsə, saç dəriniz yetəri qədər oksigenlə qidalanmır.
Yorğun üz və gözaltı şişlər:
Bunlar dəmir əskikliyindən xəbər verir. Qanda oksigen çatışmır. Bu da dəmir əskikliyindən olur və yorğun görünürsünüz.
Gecə yatanda ayaqlarınız sizi narahat edirsə:
Ayaqlarınızda sizi narahat edən hərəkətlər olarsa bu dəmir çatışmazlığı səbəbindəndir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













