DİQQƏT! - Bu cərimələr ARTIRILIR
Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmaya görə cərimələr dəyişir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında (hazırda bu məbləğ 4 min manatdan 8 min manatadək) cərimə ediləcək.
Qeyd edək ki, həmin cinayətə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası isə olduğu kimi saxlanılır.
Oxşar xəbərlər
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













