Bu rayonda işıqlar sönəcək
Far.Az xəbər saytı

Bu rayonda işıqlar sönəcək


Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Far.Az xəbər verir ki, sentyabrın 16-da Babək rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq "Nehrəm" yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq "Nehrəm-1", "Nehrəm-2", "Nehrəm-3" və "Nehrəm-4" hava xətlərində gərginlik olmayacaq.

Bu səbəbdən saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər