Kəlbəcərdə Bal Festivalı keçirilir
Far.Az xəbər saytı

Kəlbəcərdə Bal Festivalı keçirilir


Kəlbəcər şəhərində "Kəlbəcər Bal Festivalı 2025" təşkil olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş 37 arıçı fermer iştirak edir.

IDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar da festivalda öz məhsullarını sərgiləyəcəklər. Festival çərçivəsində yerli arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı nəzərdə tutulub.

Tədbirin təşkilində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, onların yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq, həmçinin regionun tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə verməkdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçıları ilə görüşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər