Binəli Yıldırım: Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər
Far.Az xəbər saytı

Binəli Yıldırım: Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər


Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı tədbirdə çıxışı zamanı deyib.

"Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır", - B.Yıldırım bildirib.

Bununla yanaşı, o qeyd edib ki, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək: "Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir".

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər