Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar?
Son zamanlar saxta pullarla insanları aldatma halları diqqət çəkir. Həqiqi əsginaslardan ölçü və görünüş baxımından çox da fərqlənməyən bu pulların üzərində xırda hərflərlə "etibarsız" yazısı qeyd olunur. Bəzən isə həmin yazının da üzəri örtülür. Bu zaman insanları aldatmaq daha da asanlaşır.
Far.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Emin Qəribli Baku TV-yə açıqlama verib.
O bildirib ki, ayrı-ayrı ayrı bölgələrdə bu məsələlər daha çox yayılır:
"Bütün dövlətlərdə iri saxta pulların yayılması çox vaxt mərkəzdə deyil, bölgələrdə olur. Əsginasa gəldikdə isə, bizim əsginasın özünün xüsusi cəhətləri çoxdur. Burada müvafiq işarələr var. Hətta toxunanda gözü bağlı da hissətmək olar ki, bu, həqiqi əsginasdır".
Bəs, saxta pulun üzərindəki "etibarsız" yazısını gizlədərək insanları aldatmaq və həmin pullarla alış-veriş etmək hansı hüquqi məsuliyyət yaradır? Belə şəxsləri hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, burada əsas məqsəd şəxsin saxta pulu hazırlamasıdır:
"Eyni zamanda, onun satışı ayrıca məsuliyyətdir və pulun saxta olduğunu bilə-bilə qəsdən ondan istifadə etmək də məsuliyyətə səbəb ola bilər. Şəxs 100 manat məbləğində pulu dükanda qəbul edir və onun saxta olduğunu bilmir. Sonra isə ödəniş vasitəsi kimi özü də istifadə edirsə, bu hal onun cinayət məsuliyyətini istisna edir. Burada əsas məsələ şəxsin pulun saxta olduğunu bilməsi və onun saxta olduğunu bildiyi halda istifadə etməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
Qulu Ağsəs: Yazının nüvəsi onun başlığıdır
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













