Ada Süleymanla "Uzundərə" rəqsini ifa etmişdilər: Vidadi Həsənov danışmaqda çətinlik çəkdi
Far.Az xəbər saytı

Ada Süleymanla "Uzundərə" rəqsini ifa etmişdilər: Vidadi Həsənov danışmaqda çətinlik çəkdi


Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleymanın doğum günündə iştirak edən Xalq artisti, aktyor Vidadi Həsənov aparıcının ölümündən danışıb.

Far.Az "Showmedia"ya istinadən xəbər verir ki, aktyor baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib.

O, hadisənin təsirindən hələ də çıxa bilmədiyini və yaşananları anlamaqda çətinlik çəkdiyini vurğulayıb. Vidadi Həsənov hadisə zamanı məclisdə olduğunu qeyd edərək hazırda danışmaq üçün özündə güc tapmadığını deyib:

"Dünən mən də məclisdə idim. Hələ də anlaya bilmirəm. Hadisəni dərk etmək çətindir. Bu hadisəni dərk etmək və yasımızı yaşamaq istəyirəm. Bir neçə gün sonra danışa biləcəyəm".

Qeyd edək ki, Ada Süleyman sosial şəbəkə hesabında Xalq artisti, aktyor Vidadi Həsənovla birgə həyata keçirdikləri layihələrə dair videogörüntülər də paylaşmışdı.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər