Azyaşlının bağırsağından maqnitlər və batareya çıxarılıb
Kliniki Tibbi Mərkəzində (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb.
KTM-dən Far.Az-ə verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cism udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.
Uşaq qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən uşaq ambulator müalicə üçün evə buraxılıb.
Oxşar xəbərlər
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
2 Aprel - Ümumdünya Autizm Maarifləndirmə günüdür
Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi













