ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Atəşgah məbədini ziyarət edib
ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Atəşgah məbədini ziyarət edib.
Far.Az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, E.Karlon Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədilə ilkin olaraq "Odlar Yurdu"nun ruhunu əks etdirən Atəşgah məbədini seçib.
"O, tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi", - deyə qeyd olunub.
E.Karlon Atəşgahdan videomüraciətində vurğulayıb ki, 20 ildən çoxdur ölkəsinə diplomat kimi xidmət edir:
"Buraya gəldiyimdən bəri Azərbaycan xalqının mənə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərliyi çox yüksək qiymətləndirirəm. Bu gün ilk dəfə Atəşgahda olmaqdan çox şadam".
ABŞ-nin yeni Missiya rəhbərinin müavini Emi Karlonun salamlama videosunu sizə təqdim edirik. Xanım Karlon Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədi ilə ilkin olaraq Atəşgah məbədini seçdi — “Odlar Yurdu”nun ruhunu əks etdirən gözəl bir məkan. Tarixin, inancın və ənənənin… pic.twitter.com/cT2pSPU5gM
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 26, 2025
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













