"Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"
Far.Az xəbər saytı

"Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"


"27 sentyabr - türk dünyası üçün qürur günüdür. Şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz Vətən müharibəsinin 5-ci ildönümüdür. 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağın və ətraf bölgələrinin azad edilməsi üçün başlayan savaşdan beş il keçdi".

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın yayımladığı videosüjetdə bəhs edilir.

Məlumata görə, 27 sentyabr Anma Günü çərçivəsində Ankarada anım mərasimi keçirilib.

"Beş il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhə xəttindəki hərbi təxribatlarına cavab olaraq, sürətli əks-hücum əməliyyatına başladı. 27 sentyabr Qarabağ müharibəsinin gedişatını dəyişdirən tarixi dönüş nöqtəsi hesab olunur.

Müharibə 44 gün davam etdi və Azərbaycan 2 908 şəhid verdi", - deyə materialda bildirilib.

Azərbaycanın Ankaradakı səfirliyi İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü münasibətilə paytaxtda anım proqramı təşkil edib. Mərasimdə emosional anlar yaşanıb.

Türkiyə-Azərbaycan Dostluq Vəqfinin İdarə Heyətinin sədri, professor Aygün Attar da tədbirdə çıxış edib.

"Şəhidlərin xatirəsini əbədi olaraq yad etmək hamımızın insani borcudur", - deyə o qeyd edib.

Anım tədbiri İkinci Qarabağ müharibəsini əks etdirən fotosərgiyə baxışla yekunlaşıb.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
FHN-də Anım Günü qeyd olundu
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər