Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
Azercell Telekom gənc qızların İT və İKT sahəsində inkişafını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir.
Ötən il start verilən "Uğur qızlarımızındır" təşəbbüsünün davamı olaraq, bu il də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüş keçirilib.
Tələbələri təbrik edən Azercell-in Hüquq və Data Strategiyası üzrə Baş direktoru Şirin Əliyeva deyib:
"Gənc qızların İT sahəsində uğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkənin rəqəmsal gələcəyinə verdikləri töhfədir. Azercell olaraq biz onların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağa və potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq."
Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib: "Azercell üçün təhsilə, habelə bilik və bacarıqların artırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıq ki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İT sahəsində inkişafına yardım göstərmək mümkündür."
Görüşdə tələbələrə dəyərli hədiyyələr və "DigiMax 10" tarif paketinə bir illik abunəlik təqdim olunub.
Azercell uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir və onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir.
Azercell bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"













