Övladlarını gənc yaşda itirən məşhurlar - SİYAHI
Azərbaycanın sənət aləmində bəzi məşhurlar var ki, onlar övladlarını gənc yaşda itiriblər. Övlad dərdi yaşayan tanınmışlar arasında məşhur müğənnilər və aktyorlar var. Bu məşhurların bəzilərinin övladları 9, 13, 16, 20 yaşlarında dünyasını dəyişib.
BAKU.WS övladlarını gənc yaşda itirən məşhurların adlarını təqdim edir:
Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov
Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov gənc yaşlarında vəfat edib. O 2023-cü ilin sentyabrın 19-da vəfat edib. E. Rəhmanov 44 yaşında dünyasını dəyişib.
Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı iki gün əvvəl vəfat edib. O gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Ü.Yaşarqızının bir övladı yadigar qalıb.
Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev
Xalq artisti Nazpəri Dostəliyevada övladını gənc yaşda itirən məşhurlardandır. Onun 41 yaşlı oğlu, Əli Quliyev qəfildən ürək çatışmaçazlığından dünyasını dəyişib. "Oğlum quş kimi yanımdan uçub getdi. Balam xalasıyla, mənimlə deyə-gülə getdi. Təcili yardım gələnə qədər canını tapşırdı" - deyə sənətçi oğlunun ölümü haqqında bildirib.
Xalq artisti Əli Nurun oğlu Rövşən Nurzadə
Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə də gənc yaşda, Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Əməkdar artist Zöhrə Abdullayevanın oğlu İsrafil Abdullayev
Əməkdar artist Zöhrə Abdullayevanın oğlu 47 yaşlı İsrafil Abdullayev beyin xərçəngindən vəfat edib. O vaxtdan özünə qapanan Əməkdar artist səhnədən uzaqlaşdı, mətbuata, mediaya çıxmayıb. Onun övladı 24 may 2018-ci ildə vəfat edib.
Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev
Övlad dərdi yaşayan məşhurlardan biri Xalq artisti Arif Quliyevdir. 2012-ci ildə aktyorun 34 yaşlı oğlu Fərid Quliyev uzun müddət əziyyət çəkdiyi vərəm xəstəliyindən dünyasını dəyişib.
Müğənni İbrahim Borçalının oğlu Rəhim Həsənov
Müğənni İbrahim Borçalının 20 yaşlı oğlu Rəhim Həsənov yol qəzasında faciəli şəkildə dünyasını dəyişib. Qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Qeyd edək ki, Rəhim Həsənov sənətçinin yeganə oğlu idi. İfaçının Aysu adlı qızı da var.
Aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan
Aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan uşaq yaşlarında vəfat edib. O 13 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev
Xalq artisti Teymur Mustafayevin də oğlu gənc yaşda faciəvi şəkildə dünyasını dəyişib. Xanəndənin oğlu Bakıxan Mustafayev 2007-ci il mayın 29-da idarə etdiyi "Vaz 21010" markalı avtomobilində müəmmalı şəkildə yanıb. Məlumata görə B.Müstafayev qapını aça bilmədiyindən maşının içində yanaraq ölüb.
Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin oğlu Seyid Hüseyn
Mərhum bəstəkar Nailə Mirməmmədlinin də övladı illər əvvəl gənc yaşda dənizdə boğularaq ölüb. 2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq atası Hikmət Mirməmmədliyə verilib.
Əməkdar artist Ağalar Bayramovun oğlu Şəhriyar Ağalar oğlu
Əməkdar artist Ağalar Bayramovun da 9 yaşlı oğlu illər əvvəl yol qəzasında vəfat edib. O oğlunun qəbrini ziyarət etmək üçün Qubadlıya gedib. Qiraətçi 28 ildən sonra oğlunun məzarını ziyarət edə bilib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Yaşı 70-i keçən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"













