49 yaşında qəfil vəfat edən polis polkovniki, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ
Bu gün Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. 49 yaşlı aktyorun qəfil vəfatı hamını dərin kədər hissinə boğdu. Bununla da Cabir İmanovun həyat və yaradıcılığı yenidən gündəmə gəlib. Bəs Cabir İmanov kimdir? Hansı film və seriallarda çəkilib?
![]()
Far.Az xəbər verir ki, Cabir Qorxmaz oğlu İmanov 1976-cı il iyunun 22-də Bakıda anadan olub. O 1983-1993-cü illərdə Bakıda 189 saylı məktəbdə oxuyub.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1992-ci ildən "Parni iz Baku" KVN komandasının üzvü olub, sonradan "Planet Parni iz Baku" teatrında fəaliyyət göstərib.
Onun iştirakı ilə çəkilmiş məşhur filmlər arasında "Məhəllə", "Məşədi İbad-94", "Qorxma, mən səninləyəm! 1919", "Bəxt üzüyü 2" kimi ekran işləri var.
2015-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2021-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
1997-1998-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçib. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
O polis polkovniki idi.
Cabir İmanovun atası Qorxmaz İmanov, qardaşı isə tanınmış aktyor Tahir İmanovdur.
Aktyor iki dəfə ailə həyatı qurub, üç övladı var. O ikinci dəfə Zara İmanova ilə evlənib. Cütlük tez-tez tədbirlərdə birlikdə iştirak edib.
Bu gün Cabir İmanovun məşq zamanı halı pisləşib. Aktyorun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib.
Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













