Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir?
Azərbaycanda qaz yanacağı ilə işləyən məişət cihazları və digər avadanlıqların təhlükəsizliyinə dair yeni texniki reqlament tətbiq olunmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev bu barədə media təlimində məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament" noyabrın 6-dan qüvvəyə minib.
Elməddin Quliyev bildirib ki, yeni texniki reqlament insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunmasına yönəlib. Sənəd, həmçinin qaz avadanlıqlarının təyinatı və təhlükəsizliyi ilə bağlı istehlakçıların yanlış məlumatlandırılmasının qarşısının alınmasını, enerji səmərəliliyinin və resurslara qənaətin təmin edilməsini nəzərdə tutur.
Yeni tələblər məişətdə yemək hazırlanması və qızdırılması üçün istifadə olunan qaz cihazlarını, qazla işləyən su qızdırıcılarını, eləcə də ictimai iaşə müəssisələri və onların bölmələri üçün nəzərdə tutulan istilik avadanlıqlarını əhatə edir.
Reqlamentə əsasən, qeyd olunan məhsulların müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğunluğu uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













