Sloveniyada soyuducu qurğular haker hücumuna məruz qalıb
Hakerlər Sloveniyanın Tolmin şəhərində ət emalı zavodunun soyuducu avadanlıqlarına hücum edərək donduruculardan birində temperaturu 100 dərəcə Selsi səviyyəsində ediblər.
"Report"un yerli "24ur" portalına istinadən məlumatına görə, işçilər dəyişiklikləri dərhal aşkarlayıblar və təxminən 250 000 avro dəyərində məhsulun xarab olmasının qarşısını alıblar.
Müəssisə direktorunun sözlərinə görə, işçilər kəsimxanada və soyuducunun temperaturunun 2-3 dərəcədən 20 dərəcə Selsiyə qaldırıldığı mağazada parametrlərdə oxşar dəyişikliklər aşkarlayıblar. Mütəxəssis avadanlıqların idarəetmə sisteminə daxil olmağa çalışanda giriş bloklanıb. Ekranda İtaliya Baş nazirinin müavini Matteo Salvininin "Təşəkkür edirəm Matteo əmi" yazısı ilə şəkli peyda olub.
İşçilər soyuducu avadanlıqlarını internetdən ayırıb və parametrləri əl ilə bərpa ediblər. Məhsullar temperaturun yüksəlmədiyi üçün zərər çəkməyib. Sistem parametrlərindəki dəyişiklik səbəbindən siqnalizasiya işə düşməyib. Hücumdan sonra şirkət bir neçə saatdan bir əl ilə temperatur monitorinqini tətbiq edib.
Xatırladaq ki, bu ilin oktyabr və noyabr aylarında Fransa, Almaniya, İtaliya, Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada da soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemləri haker hücumlarına məruz qalıb.
Fransa hakimiyyət orqanlarının məlumatına görə, ölkə daxilində kommersiya soyuducu sistemlərini sıradan çıxaran kiberhücumların arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanır.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Konstitusiya Məhkəməsi: Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər













