"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Far.Az xəbər saytı

"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində gənclərin bilik və bacarıqlarının inkişafına töhfə vermək məqsədilə müsabiqə keçirilib.

Far.Az SOCAR-a istinadən xəbər verir ki, müsabiqədə SOCAR könüllülərindən ibarət "Upstream", "Midstream", "Downstream", "Green" komandaları mübarizə aparıblar.

Komandalar təqdimatları ilə həm yaradıcı potensiallarını, həm də sahəvi biliklərini nümayiş etdiriblər. Müsabiqədə "Upstream" komandası qalib olub.

Həmin gün "SOCAR Könüllüləri" qrupunun fəaliyyətini tamamlamış üzvlərinin Məzun Günü tədbiri təşkil olunub.

Qeyd edək ki, 20 sentyabr 2022-ci il tarixində "SOCAR Media" İctimai Birliyinin nəzdində yaradılan "SOCAR Könüllüləri" qrupunun əsas məqsədi gənclərimizin şəxsi inkişafına dəstək olmaq, onların cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına, ölkəmizdə könüllülər hərəkatının daha da genişlənməsinə töhfə verməkdir.

"Əsrin müqaviləsi"nin imzalanması ilə əlamətdar olan 20 sentyabr tarixində hər il "SOCAR Könüllüləri" qrupuna seçilən yeni üzvləri təqdim olunur. Ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə rəmzi olaraq qrupa 100 üzv qəbul olunub. Cari ildə də SOCAR könüllüləri sırasına 100 yeni üzv seçilib.

Məzun Günü tədbirində SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə "Əsrin müqaviləsi"nın imzalanması ilə Azərbaycanın enerji tarixində yeni bir səhifənin açıldığı qeyd olunub. Eyni zamanda ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, onların cəmiyyətin inkişafında fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının gənclərin inkişafındakı mühüm rolu vurğulanıb.

Sonra SOCAR Könüllülərinin illik fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib, həmçinin məzun könüllülərə sertifikatlar və təltiflər təqdim olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər