Qurban Qurbanov: Turnirə bu cür başlayacağımızı gözləmirdim
"Bir neçə epizodumuz oldu ki, rəqibi əks-hücumda tuta bilərdik, amma dəqiqlik çatmadı. Bu çempionat belədir, yalnız final fitindən sonra qalib gəldiyini başa düşürsən. Çünki bura Çempionlar Liqasıdır və istənilən nəticə ola bilər".
Far.Az-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, qələbəni belə şərh edib: "Tam olaraq turnirə bu cür başlayacağımızı gözləmirdim. Buna səbəb Çempionlar Liqasının ağırlığı idi. Lakin futbolçularıma inanırdım. Ehtiyat edirdik ki, bəzi futbolçular öz potensialını göstərə bilməsin. Şükrlər olsun ki, hər biri ilk oyunundan turnirə uyğunlaşdılar.
Gələcək matçlarda da yaxşı nəticə qazanmaq istəyirik. Çempionlar Liqasının dadını çıxarmaq istəyirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub etdi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













