Milyarder İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb
Milyarder və tanınmış iş adamı İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, biznesmen bir neçə il əvvəl törədilmiş qətldə şübhəli bilinir.
"Yaxın saatlarda Süleymanov barəsində həbs-qətimkan tədbiri seçiləcək. İstintaq onun həbsdə saxlanılmasında israr edəcək", - deyə mənbə bildirib.
Qeyd olunur ki, İbrahim Süleymanov müasir Rusiyanın ən nüfuzlu oliqarxlarından biri hesab edilir.
O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilsə də, nüfuzunu və hakimiyyətini qorumağa nail olub.
Onun "Sirena-Travel" SC aviabilet bronlaşdırma dövlət sistemi üzərində nəzarətə malik olduğu, həmçinin nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sahələrdə ciddi təsir gücünə sahib olduğu bildirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İrəvanda həbs edilmiş Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













