

5 il ərzində süni intellekt tibbdə daha geniş tətbiq olunacaq - Səhiyyə Nazirliyi
Dünya üzrə səhiyyə sistemlərində süni intellekt texnologiyalarının tətbiqi sürətlə artır. Bu texnologiyalar xəstəliklərin erkən diaqnostikası, müalicə proseslərinin effektivləşdirilməsi və pasiyent xidmətlərinin təkmilləşdirilməsi sahələrində istifadə edilir. Ekspertlər süni intellektin həkimlərin qərar qəbuletməsini asanlaşdırdığını və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltdiyini bildirirlər.
Far.Az-in sorğusuna cavab verən Səhiyyə Nazirliyi bildirir ki, süni intellektin tətbiqi ilə bağlı innovativ həllərin səhiyyə sisteminə inteqrasiyası üzrə ilkin təşəbbüslər artıq həyata keçirilir. Nazirlik, TƏBİB, İTSDA və RİNN arasında razılaşdırılmış "Səhiyyə sahəsinin rəqəmsallaşdırılması üzrə yol xəritəsi" çərçivəsində süni intellekt həlləri ilə bağlı tədbirlər nəzərdə tutulub. Hazırda "həkimə kömək məqsədli simptomlar əsasında mümkün xəstəliklərin proqnozu və tövsiyə olunan analizlərin göstərilməsi" istiqamətində işlərə başlanılıb.
Məlumata görə, tibbi məlumatların rəqəmsallaşdırılması, xəstəliklərin erkən diaqnostikasında innovativ alqoritmlərin sınaqdan keçirilməsi və elektron səhiyyə xidmətlərinin inkişafı istiqamətində bir neçə platforma reallaşdırılır. Nazirlik bildirir ki, süni intellektin tətbiqi 2025–2028-ci illər üçün prioritet sahələrdən biridir və Azərbaycan Respublikasının rəqəmsal transformasiya strategiyası ilə uyğunlaşdırılıb.
Gələcək planlar arasında "Tibbi Rəqəmsal Əkiz Sistemi" (TRƏS) çərçivəsində süni intellekt imkanlarının istifadəsi nəzərdə tutulur. TRƏS-in arxitekturası real həyat məlumatları əsasında davamlı təkmilləşdirilə bilən həlləri əhatə edəcək.
Səhiyyə Nazirliyi vurğulayır ki, süni intellekt texnologiyalarının tətbiqi nəticəsində vətəndaşlara innovativ səhiyyə xidmətləri təqdim ediləcək, pasiyent yönümlü xidmətlərin keyfiyyəti artırılacaq, diaqnostika və müalicə proseslərinin effektivliyi yüksələcək, idarəçilikdə şəffaflıq təmin olunacaq və vətəndaş məmnuniyyəti maksimum səviyyəyə çatdırılacaq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zaqatalada 44 yaşlı kişi faciəvi şəkildə öldü
-
III MDB Oyunları: Xankəndidə oxatma yarışlarının qalibləri mükafatlandırılıblar
-
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
-
"Barselona" böyük hesabla məğlub oldu
-
Bəşəriyyəti içməli su qıtlığı gözləyir - Problemin qarşısını necə almaq olar?
-
Xoşqədəmin verilişinə o aparıcılıq edir