

Qusarda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirilib
Qusar Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin, müəllim və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib.
Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Bakcell" Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
49 yaşında qəfil vəfat edən polis polkovniki, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zaqatalada 44 yaşlı kişi faciəvi şəkildə öldü
-
"Barselona" böyük hesabla məğlub oldu
-
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
-
Xoşqədəmin verilişinə o aparıcılıq edir
-
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib
-
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR