“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edən idmançılarımızın ilk qrupu vətənə qayıdıb.
"Far.Az" xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan parataekvondo üzrə Azərbaycan milli komandasının üzvləri ümumilikdə 2 medal əldə ediblər. Belə ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl, digər parataekvondoçu Sabir Zeynalov isə bürünc medalını qazanıb.
Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.
Vətənə qayıdan paralimpiyaçılar Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrlə bağlı sevinc hisslərini bölüşüblər.
Azərbaycanı uğurla təmsil etdiklərinə, möhtəşəm qələbələr qazandıqlarına görə iftixar hissi keçirdiklərini vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Paris-2024 Oyunlarına 7 idman növü üzrə 18 idmançı ilə yollanmışdı. İndiyədək yığma üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəlib - YENİLƏNİB
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













