Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi
Müğənni Azad Şabanov yaradıcılığında yeni bir səhifə açıb.
BAKU.WS xəbər verir ki, sənətçi əfsanəvi "Sevgilim, süz" (Badə nəbadə) hitinə yeni nəfəs verib.
Sözügedən əsər Xalq artisti Aygün Kazımovanın "Best of Aygun - All start" albomunda öz yerini alıb.
Azad Şabanov mahnını tam fərqli tərzdə və aranjımanda ifa edib. Rok janrında səslənən mahnı musiqisevərlərin rəğbətini qazanıb.
Qeyd edək ki, əsərin musiqisi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə, sözləri isə Teymur Məmmədova məxsusdur.
Yeni aranjımanı Emin Əliyev ərsəyə gətirib.
Vokal prodüserliyi İsmayıl Əsədova aiddir. Gitarada Şamil Məmmədov, bas gitarada isə Genadiy Yuqai ifa edib.
Onu da vurğulayaq ki, Azad Şabanov "Sevgilim, süz" mahnısını ilk dəfə Heydər Əliyev Sarayında baş tutan solo konsertində səsləndirib.
Bu, müğənninin pop divanın repertuarına sayca ikinci müraciətidir.
Oxşar xəbərlər
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Bu yay Azərbaycanda ən çox dinlənilən MAHNILAR - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Dövlət Sərhəd Xidməti Türkiyə təyyarəsinin qəzası ilə bağlı başsağlığı verib
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Azərbaycanda məşhur muzey LƏĞV OLUNDU
-
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib













