Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Far.Az xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.
Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib













