Metropolitendə rəhbər vəzifəyə yeni təyin edilmiş şəxslər işdən çıxıb
"Bakı Metropoliteni" QSC-nin şöbə rəisi işdən çıxıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, "Bakı Metropoliteni"nin İnsan hüquqları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Qədeşov daha öncə Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metronun hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra R.Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi vəzifəsinə təyin olunub.
R.Qədeşovdan öncə bu il Metropolitendə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, bu ilin avqust ayında metronun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar.
Əlavə olaraq deyək ki, "Bakı Metropoliteni"ndə son dövrlər işçilərə əmək haqqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Mətbuatda yayılan məlumatlara görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əmək haqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.
Oxşar xəbərlər
Metropolitendə yeni təyinatlar – 2 departament və 1 şöbəyə rəhbər təyin edilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













