Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında...
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, aprelin 16-da səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xəttin tələblərini pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.
Yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü Mehman Əliyevin həmin vaxt heç bir çağırışa getmədiyi, avtomobildə xəstə və ya tibbi personalın olmadığı halda xüsusi siqnallardan istifadə etdiyi müəyyən edilib.
Araşdırmalarla onun qayda pozuntularını hərəkət etdiyi müddətdə dəfələrlə təkrarladığı aşkarlanıb. Keçirilən tibbi müayinə zamanı sürücünün narkotik vasitə qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













