Rusiya FHN: Dağıstanda 117 yaşayış evi hələ də su altındadır
Far.Az xəbər saytı

Rusiya FHN: Dağıstanda 117 yaşayış evi hələ də su altındadır


Dağıstanın dörd yaşayış məntəqəsində 120-yə yaxın ev su altında qalmaqda davam edir.

"Far.Az" xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

"Dağıstan Respublikasında dörd yaşayış məntəqəsində 117 yaşayış evi, 122 həyətyanı sahə və 6 avtomobil yolu sahəsi hələ də su altındadır. İki bələdiyyədə enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir. 537 nəfər, o cümlədən 159 uşaq 15 müvəqqəti yerləşdirmə məntəqəsindədir", - məlumatda qeyd olunub.

Məlumata görə, Şimali Qafqazda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 2 mindən çox mütəxəssis və 680 vahid texnika, eləcə də Rusiya FHN-in aviasiyası cəlb olunub.

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər