

Reper Ciqanın ailəsində nə baş verir? - AÇIQLAMA
Son zamanlar Rusiya şou-biznesində reper Ciqanın boşanması ilə bağlı xəbərlər yayılıb. Görünür, məşhurun evliliyi sözün əsl mənasında dağılır. Hazırda Oksana Samoylova və Ciqan ən pis halda boşanma ərəfəsindədir.
BAKU.WS xəbər verir ki, yaxınlarının məlumatına görə cütlük arasında mübahisə çoxdan başlayıb.

Onlar son zamanlar iştirak etdikləri tədbirlərdə ya övladları ilə ya da tək görüntülənirlər. Halbuki, bir zamanlar Oksananın sosial şəbəkə profili Ciqanla çəkdirdiyi fotolarla dolu idi.

Bir neçə gün əvvəl Oksana Parisə uçdu. Aaprıcı Kseniya Sobçakın verdiyi məlumata görə, o, "Balenciaga" brendinin moda nümayişinə buraxılmayıb. Oksana bilet üçün 800 min rubl ödəsə də, iştirak edə bilməyib. Ciqan həyat yoldaşının yaşadığı bu hadisəyə səssiz qalıb.

Günbəgün evdə mübahisələr daha da artır.
Prodüser Sergey Dvortsov etiraf edib ki, Oksana ilə Ciqanın ailəsində hər şeyin yaxşı olmadığı barədə yayılan şayiələr əsassız deyil:
"Düzdür, ailədə işlər bizim istədiyimiz qədər yaxşı deyil. Onlar indi çətin dövrlərdən keçirlər. Mən Ciqanı şəxsən tanıyıram. O, əla insandır, hədsiz dərəcədə istedadlıdır. Boşanmalara gəlincə, mən deyə bilmərəm ki, biz indi bir ayrılığın şahidi oluruq, ayrılmağa çalışırlar, amma sonra birlikdə daha yaxşı olduqlarını anlayacaqlar və yenidən bir araya gələcəklər. Biz bağlı qapılar arxasında nə baş verdiyini bilmirik. Ümid edirəm ki, bu, boşanmaya səbəb olmayacaq, lakin ayrılma ehtimalı böyükdür".

Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
"Miss Russia 2025" qalibi real həyatda necə görünür?
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
DÇ-2026: Azərbaycan millisi bu gün Parisdə Fransa yığması ilə qarşılaşacaq