Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Nəsimi rayonu, Nizami küçəsi ev 93 ünvanında yaşayan və hazırda çətin həyat şəraiti ilə qarşılaşdığı bildirilən 78 yaşlı Nabat Xanım Ramazanovanın vəziyyəti ilə maraqlanıblar".
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
"Əməkdaşlarımız tərəfindən ahılımızın Bakı şəhərində yaşayan qardaşı oğlu Faiq Ramazanovla əlaqə saxlanılıb və onunla birlikdə hazırda Nabat Xanım müalicə aldığı Mərkəzi Nefçilər Xəstəxanasında ziyarət edilib.
Vətəndaşın əməkdaşlarımız tərəfindən qiymətləndirilməsi aparılıb, hüquqları izah edilib və həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumatlandırılıb".
Qeyd olunub ki, eyni zamanda Nabat Xanım Ramazanovanın xarici ölkələrdən birində yaşayan qardaşı ilə də əlaqə saxlanılıb və mövcud vəziyyət barədə məlumat verilib.
"Vətəndaş hər hansı sosial xidmət müəssisəsinə yerləşmək istəmədiyini, müalicə prosesi bitdikdən sonra isə evinə qayıdacağını bildirib", - deyə məlumatda vurğulanıb.
*** Tarix: 24.09.2025, saat:12:16
Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində binalardan birində tək yaşayan yaşlı qadının həyatı baxımsızlıq səbəbindən ciddi təhlükə altındadır.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Ərazidə yaşayan qonşuların sözlərinə görə, qadın tamamilə tək yaşayır, yaxın qohumları olsa da, onunla maraqlanan yoxdur. Evin vəziyyəti isə anti-sanitariya şəraitindədir.
"Xanımın ürək problemi var, ürəyinin cəmi 15%-i işləyir. Onun qulluğa ehtiyyacı var. Hazırda xanımla əlaqə saxlaya bilmirik və necə olduğu barədə xəbərimiz yoxdur. Ən son yanına sahə həkimi ilə getmişdik",-deyə məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakının mərkəzində xəstə qadın antisanitar vəziyyətdə TƏK YAŞAYIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb













