Masazır küçələrində sürü halında gəzən küçə itləri - Qurum hərəkətə keçdi
Bir müddət öncə Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması üçün torpaq sahəsinin ayrılması və tikintinin aparılması ilə bağlı qanunvericiliyə müvafiq olaraq sənədləşmə işlərinə başlanılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, buna paralel olaraq tərəfimizdən mütəxəssislərin rəyi nəzərə alınmaqla, o cümlədən birbaşa iştirakı ilə mərkəzin layihəsi hazırlanıb.
"Hazırda sənədləşmə işləri son tamamlanma mərhələsindədir. Gələn ilin birinci yarısında işlərin görülməsi planlaşdırılıb. Buna baxmayaraq Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir".
***10:55
Masazır qəsəbəsində 20-yə yaxın sahibsiz it küçədə sürü halında dolaşır.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, küçədə sürü ilə dolaşan sahibsiz heyvanlar ətrafa qorxu saçır. Paylaşımı şərh edən yerli sakinlər itlərin dəfələrlə insanlara hücum etdiyini, dişlədiyini deyir. Ən çox zərər görənlər isə uşaqlar və yaşlılardır.
Qəsəbə sakinləri məsələ ilə bağlı təcili tədbir görülməsini, küçə itlərinin təhlükəsiz şəkildə nəzarətə götürülməsini tələb edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Masazırda sürü halında dolaşan küçə iti QORXU SAÇIR
Bakıda tarixi binaya müdaxilə edildiyi iddia olunur - Rəsmi qurum hərəkətə keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













