Şəbnəm Həsənova: 'Prezidentlərin görüşü ermənipərəst dairələrin planlarını puça çıxardı'"
"Uzun müddət idi ki, Rusiya ilə Azərbaycan arasında soyuq küləklər əsirdi. Açığı biz bunu nə başladıq, nə də davam etdirilməsində maraqlı idik".
Bu sözləri Far.Az-ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Siyasi eskpert əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev coğrafi amilin dəyişdirilə bilməyəcəyi, onun müsbət tərəflərindən tutulmalı olduğu, regional aktorlarla münasibətlərin prioritet təşkil etdiyi reallığı üzərində dayanırdı:
"Açıq deyək ki, Rusiyanın ən yüksək çinli məmurları da mənfi ritorikaya getmir, təmkin nümayiş etdirirdilər. Bir qədər aşağı səviyyədə olanlardan başqa.
Lakin bir qrup var idi ki, vəziyyəti tamamilə aşağı çəkirdi. Onlar proseslərin üzərinə daha da alovla gedirdilər. Həmin bu dairələr Rusiya mediasında Azərbaycan əleyhinə qara piar aparır, yalan maşınını işə salır, qarayaxma, hədə-qorxu, ləkələmək kimi bir çox üsullara əl atırdılar. Bunların başında gələn adlar Simonyan, Solovyov, Zatulin və bu kimi ermənipərəst qüvvələr idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüş məhz bu dairələrin arzularının, planlarının suya düşməsi anlamına gəldi. Çünki məhz həmin bu insanlar münasibətlərə zərbə vuran əsas simalar idi. Rusiya Prezidenti Vladimir Putinin görüşdə səsləndirdiyi fikirlər artıq onların səslərinin kəsilməsi deməkdir.
Görüş münasibətlərin normallaşması anlamına gəlir. Biz iki qonşu dövlət və xalqıq. Zaman-zaman anlaşılmazlıqlar olur. Təyyarə qəzası ilə bağlı istintaqın obyektiv aparıldığı deyildi. Biz də müsbət nəticə gözləyirik. Görüşlə bağlı müsbət notlar Rusiya cəmiyyətində, siyasi həyatında, mediasında da aydın görünür. Bu dəst-xətt hər iki tərəfdə izlənilməlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hansı çay orqanizm üçün daha faydalıdır?
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Türkiyədə 5.2 ballıq zəlzələ olub
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq













