Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur
Naxçıvan Muxtar Respublikasında ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur.
"Report"un yerli bürosu Muxtar Respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, artıq Xidmət tərəfindən 110/35/10 kilovoltluq "Çeşməbasar" və "Sədərək" yarımstansiyalarının layihələndirilərək yenidən qurulması işləri aparılır.
Həmçinin, 35/10 kilovoltluq "Sədərək", "Nəzərabad" və "Əbrəqunus" yarımstansiyalarının da yenidən qurulması işləri davam edir.
Bu məqsədlə dövlət satınalması vasitəsilə alınmış 6 ədəd 6 300 Kv/saat gücündə, 35/10 kilovoltluq güc transformatorlarından artıq 4 ədədi muxtar respublikaya gətirilib. Həmçinin bu yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan "İmpuls Group" MMC ilə müqavilə bağlanılıb.
Bundan əlavə bu yarımstansiyaların tikiləcəyi torpaq sahələri də müəyyənləşib, yarımstansiyaların torpaqlarında torpoqrafiya işləri yekunlaşdırılıb, mühəndis geoloji işləri görülüb və nümunələr Bakı şəhərinə laboratoriyaya göndərilib.
Ümumilikdə ötən əsrin sonlarından istismar olunan, 10 000-dən artıq abonentlərin elektrik enerjisi ilə təminatını həyata keçirən elektrik yarımstansiyaları yenidən qurulur.
Qeyd edək ki, bu layihələrin icrası elektrik enerjisinin uzaq məsafələrə, eyni zamanda yaşayış məntəqələrinə çatdırılması, paylanması və elektrik enerjisi təchizatında səmərəliliyi, abonentlərin elektrik enerjisi ilə təminatında dayanıqlılığı və keyfiyyəti artmasına imkan verəcək.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöldə “Toğanalı” KSES-in açılışını edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
-
Azərbaycana 330 min manatlıq aksiz markasız tütün məmulatının keçirilməsinin qarşısı alınıb
-
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
-
Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib
-
Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb
-
UEFA Millətlər Liqası: Türkiyə və İtaliya yığmalarından qələbə