Dilarə Kazımova bunun üçün 10 saata 6 obraz dəyişdi
Avroviziya təmsilçimiz Dilarə Kazımova "Parla", "Zirvə" adlı bir-birindən fərqli layihələrindən sonra dincəlmək niyyətində deyil.
Far.Az xəbər verir ki, sənətçi bu dəfə fərqli bir proyektə imza atıb. O, Xalq artisti Aygün Kazımovanın hit mahnısı "Tez gəl"i repertuarına daxil edib və ona klip çəkdirib.
Layihə Pop divanın bir neçə gün əvvəl çıxartdığı "Best of Aygün" adlı albomunda yer alıb.
Klipin üzərində bu dəfə də peşəkar "Toxy-Foxy"nin yaradıcı heyəti çalışıb. İdeyası və staylinqi sənətçinin özü və Jalə Bağırovaya məxsusdur. Ekran işi 10 saat ərzində Bakıda çəkilib.
Estrada ulduzu bu klipində özəl olaraq 6 fərqli obrazı canlandırıb. Kazımovanın klipdəki saç və makiyajı üzərində Jalə Bağırova çalışıb.
Ardıcıl olaraq yeni sənət işləri ilə gündəmə gələn Dilarə, bu layihənin sehrini dilə gətirib:
"İlk iş olaraq, fərqli mahnı seçdik. Mən başa düşdüm ki, bu bəstəni kifayyət qədər fərqli və istədiyim kimi oxuya bilmərəm. "Tez gəl"i dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, mahnı qəlbimə toxundu, orada sanki özümü gördüm. Sanki bu nəğmə mənim uzun zamandır mənim danışmaq istədiyim hisslərin səsi idi. Ona görə də böyük həvəs və sevgi ilə ifa etdim. Bu layihə mənim üçün sadəcə musiqi işi deyil, mənim bir parçamdır. Mahnı mənimlə, daxili dünyamla bağlıdır. Bu nəğməyə ürəyimi qoymuşam. Aranjiman baxımından fərqli hazırlanıb. Pop janrını mistik musiqi ilə sintez etmişik. Sağ olsun Həsən Ağayev, dinlədi və layihəmizdə iştirak edib. O, məsləhətdə verdi ki, mahnının hansı hissəni necə oxumaq lazımdır, səs necə olmalıdır və nəticədə belə gözəl bir layihə ortaya çıxdı. Komandama bir daha təşəkkür edirəm. Bu işdən zövq aldım. Çox böyük hörmət etdiyim Aygün xanım Kazımovanın "Best of Aygün" adlı albomunda yer aldığım üçün xoşbəxtəm".
Qeyri-adi, eyni zamanda mistik görüntülərə malik "Tez gəl" artistin rəsmi yutub kanalında dinləyicilərin ixtiyarına verilib.
Xatırladaq ki, A.Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl"in müəllifi Xanım İsmayılqızıdır. Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycan estradasında bir ilk - 31 ifaçı "Best of Aygun" layihəsində
Qərbi Azərbaycan mövzusunda "Zəngəzur mahnısı" ictimaiyyətə təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













