Avstraliya İsrailə qarşı sanksiyaları genişləndirib
Avstraliya İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələrinin genişləndirilməsi prosesində iştirak edən üç İsrail vətəndaşına və dörd təşkilata qarşı sanksiyalar tətbiq edib.
Bu barədə "Report" Avstraliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Qurumun məlumatına görə, sanksiya tətbiq edilmiş şəxslər və təşkilatlar yeni yaşayış məntəqələrinin planlaşdırılmasında, əlaqələndirilməsində və yaradılmasında iştirak edib, o cümlədən vəsait toplanması və könüllülərin cəlb olunması ilə məşğul olublar.
"Bu tədbirlər o deməkdir ki, avstraliyalılara və Avstraliya şirkətlərinə Qərb sahilində yaşayış məskənlərinin genişləndirilməsində iştirakına görə məsuliyyətə cəlb edilmiş üç şəxs və dörd təşkilatla ticarət etmək, habelə onlara maliyyə və ya digər dəstək göstərmək qadağandır", - Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
Yeni tədbirlər Avstraliyanın daha əvvəl yüksək vəzifəli İsrail nazirlərinə qarşı tətbiq etdiyi sanksiyaları tamamlayır. P.Vonqun sözlərinə görə, məhdudiyyətlər beynəlxalq tərəfdaşlarla razılaşdırılıb.
Sanksiya rejiminin pozulmasına görə fiziki şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə və 910 min dollara qədər və ya müvafiq əməliyyatın dəyərini üç dəfə üstələyən məbləğdə cərimə gözləyir.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb













