Rusiya ilə münasibətlərin bərpası niyə önəmlidir?
Far.Az xəbər saytı

Rusiya ilə münasibətlərin bərpası niyə önəmlidir?


Qəbələ… Bir vaxtlar nəhəng RLS-in, sovet hərbi nəzarət mərkəzinin simvolu olan bu şəhər indi türk dünyasının gələcəyinə işıq salan strateji məkan kimi tarixə yazılır. Vaxtilə şimalın radarları bu dağlardan bütün regionu izləyirdi.

İndi isə eyni coğrafiyada türk dövlətlərinin birliyi və təhlükəsizliyi müzakirə olunur. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində əsas diqqət məhz regional təhlükəsizlik və birgə müdafiə mexanizmlərinə yönəldi.

Prezident İlham Əliyev çağırışı da elə bu kontekstdə etdi, 2026-cı ildə türk dövlətlərinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi. Bu təklif təkcə hərbi plan deyil, həm də siyasi mesajdır: yeni dünya düzənində türk dövlətləri, sadəcə, tamaşaçı yox, oyun qurucusu rolunu oynamaq niyyətindədirlər.

Simvolik məqam da diqqətdən qaçmadı: tədbirin məhz Qəbələdə, Rusiyaya yaxın bir ərazidə keçirilməsi. Qədim məkan bu dəfə türk həmrəyliyinin mərkəzinə çevrildi.

İlham Əliyev məhz buradan, Qəbələdən şimal qonşusu Rusiya ilə balanslı siyasət kursunun incə mesajını da verdi. Prezident Vladimir Putinin ad gününü zirvənin gedişində təbrik etməklə diplomatik jest etdi və elə bu jest fonunda Düşənbədə baş tutan ikitərəfli görüş barədə razılıq əldə olundu. Rusiya tərəfi isə artıq açıq şəkildə nikbinliyini ifadə edib. Kremlin sözçüsü Dmitri Peskovun sözləri bunun sübutudur:

"Prezidentlər münasibətlərdə yığılıb qalan məsələləri açıq şəkildə müzakirə edəcəklər".

Yəni Qəbələdən Düşənbəyə uzanan bu diplomatik xətt, əslində, soyuqluğu yumşaltmaq və yeni mərhələyə keçid üçün siqnaldır.

Düşənbədə isə təkcə ikitərəfli münasibətlər deyil, enerji əməkdaşlığı, ticarət dövriyyəsi, və Rusiya səmasında elə Rusiya tərəfindən vurulan AZAL-ın sərnişin təyyarəsi ilə bağlı istintaqın gedişatı kimi real gündəm mövzuları müzakirə olundu. Vacib bir reallığı da xüsusilə qeyd edək.

Bu yaxınlaşma Azərbaycandan daha çox, Rusiyaya lazımdır. Bir vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi 10 milyard dollara yaxın idi, bu gün isə bu rəqəm cəmi iki milyard dollardır. Rusiya üçün münasibətlərin bərpası iqtisadi nəfəs deməkdir.

Bütün bu üstünlükləri Rusiyanın qaçıracağı inanılmazdır. Qəbələdəki zirvə həm də tarixi yaddaşla müasir siyasətin kəsişmə nöqtəsi oldu.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər