Genuya hava limanı PUA-lara görə işini dayandırıb
Far.Az xəbər saytı

Genuya hava limanı PUA-lara görə işini dayandırıb


Genuyanın Kristofor Kolumb adına Beynəlxalq Hava Limanı iki naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən bütün giriş və çıxış uçuşlarını müvəqqəti dayandırıb.

"Far.Az"un "Il Messaggero" qəzetinə istinadən məlumatına görə, hava limanı 19 noyabr Bakı vaxtı ilə saat 22:00-dan 20 noyabr 02:00-dək dörd saatlıq bağlanıb.

Qəzetin məlumatına görə, PUA-lar hava limanının dispetçer xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.

"ITA Airways" aviaşirkətinin təyyarəsinin Romaya uçuşu dayandırılıb. Digər uçuşlar da təxirə salınıb.

Polis və İtaliya Milli Aviasiya İdarəsi (ENAC) daha sonradan radarlardan yoxa çıxan dronların mənşəyini araşdırır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər