Xalq artisti məhkəmədə uduzdu: "Qavaldaş nağara mənə məxsusdur" ifadəsi əsassızdır"
Xalq artisti Natiq Şirinovla "Natiq" ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir davam edən məhkəmə çəkişmələri başa çatıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ramil Cahangirovun vəkili Gülşən Salmanova məlumat verib.
Vəkilin sözlərinə görə, Ali Məhkəmə nağaraçıların işində son qərarını elan edib.
Natiq Şirinov keçmiş qrup üzvünə qarşı maraqlı iddia irəli sürmüşdü. O, Ramil Cahangirovu ona məxsus "qavaldaş nağara" əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi.
Xalq artisti həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayaraq rədd edib. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin edib.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qaval daşı məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
Ramil isə qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib.
Bu gün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını əsassız hesab edib.
Son qərarla Natiq Şirinovun iddiasının qismən təmil ediməsi ilə bağlı əvvəlki qərar tamamilə rədd edilib.
Hakim bəyan edib ki, "qavaldaş nağara"dan istənilən nağaraçı istifadə edə bilər və bu halda "mənə məxsusdur" ifadəsi əsassız sayılmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













