Rəşad Nəbiyev Aİ-nin komissarı ilə Zəngəzur dəhlizini müzakirə edib
Far.Az xəbər saytı

Rəşad Nəbiyev Aİ-nin komissarı ilə Zəngəzur dəhlizini müzakirə edib


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.

Far.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları Zəngəzur dəhlizi layihəsinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi olub.

"Biz Azərbaycan tərəfinin bu sahədə həyata keçirdiyi strateji layihələr barədə ətraflı məlumat verdik. Həmçinin Aİ-nin bu layihələrdə potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Əsas diqqət nəqliyyat, rəqəmsallaşma, innovasiyalar, İKT sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldilib", - nazir qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər