"Yaprak Dökümü"nün aktyorundan həmkarına: "Ürəyimi qırmış kimi oldu"
"Yaprak Dökümü" serialının aktyoru Halil Ergün illər sonra etirafları ilə gündəmə gəlib.
Far.Az xəbər verir ki, o "Yaprak Dökümü"nün çəkiliş meydanını məktəb adlandırıb.
"Çəkiliş meydanımız məktəb kimi idi. Gökçe Bahadır və Fahriye Evcen çoxlu pul qazanmaq üçün yox, sadəcə təcrübə qazanmaq üçün gəlirdilər. Öyrənirdilər. Hər gün səhər saat 08:00-da və 09:00-da hazırlıqlar gedirdi. Çəkilişlər başlayırdı. Ailə kimi olmuşduq. Artıq kənarda elə də bir həyatımız yox idi. Bu da çəkilişlərdə hiss olunurdu".
Halil Ergün "Ferhunde" rolunu canlandıran Deniz Çakırdan da danışıb. O indi münasibətlərinin yaxşı olmadığını qeyd edib:
"Deniz Çakır ilə aramız çox yaxşı idi. Serial bitdikdən sonra da ən çox onunla görüşürdüm. Sonra vəfasızlıq yox, amma ürəyimi qırmış kimi oldu".
Halil ekran işində "Ali Rıza Bey" roluna həyat verib.
Xatırladaq ki, "Yaprak dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib. Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə malik olub.
Qalereya
Oxşar xəbərlər
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
"Üvey Baba" serialının "Lamia"sı illər sonra görüntüləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













